Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı artdı,ölüm isayı 7.
Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 682 nəfər test edilib.
Sehiyye.info xəbər verir ki,TƏBİB-dən verilən məlumata görə, indiyədək ölkədə 488 852 nəfər koronavirusa qarşı test edilib.
Ölkədə 588 yeni yoluxma, 7 ölüm qeydə alınıb.
Qeyd edək ki, indiyədək ölkəmizdə 18 112 nəfər virusa yoluxub, 220 nəfər ölüb, 10 061 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 7 831 nəfərdir.
Məlumata görə, hazırda reanimasiyada 202 nəfər müalicə alır, 45 nəfər isə süni tənəffüs cihazına qoşulub.