Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə bu gün 4 min134 test edilib
Mayın 11-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 4 min 134 test edilib. İndiyədək aparılan testlərin sayı isə 197 min 545-ə çatıb.
Sehiyye.info xəbər verir ki,bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Azərbaycanda aktiv koronaviruslu xəstə sayı 877 nəfərdir. Xəstələrdən 25-i reanimasiyadadır ki, onlardan da 10-u süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, mayın 11-də ölkəmizdə daha 70 nəfərdə koronavirus aşkarlanıb. Otuz nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. İndiyədək Azərbaycanda 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1680-i sağalıb, 32 nəfəri isə vəfat edib