sehiyye.info

Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı açıqlanıb

Ölkəmizdə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı açıqlanıb
Mayın 24-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5672 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 270 min 739-a çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstə sayı 1466-ya bərabərdir. Xəstələrdən 56 nəfəri reanimasiyadadır ki, onlardan da 11-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 24-də Azərbaycanda koronavirusa daha 140 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.



REKLAM