sehiyye.info

ABŞ-da şok gəlişmə: Koronavirus peyvəndi 94 faiz..

ABŞ-da şok gəlişmə: Koronavirus peyvəndi 94 faiz..
ABŞ-ın peyvənd istehsalçısı “İnovio” COVID-19 peyvəndindən ilk mərhələdə müsbət məlumatlar alındığını açıqlayıb.

Sehiyye.info xəbər verir ki, istehsalçı şirkət peyvənd vurulmiş 40 yetkin insanın 94 faizində vaksinin təsirli olduğunu bildirib.

Peyvənd haqqında əlavə məlumat verməyən şirkət 40 sağlam yetkin insanın sınaqlarda iştirak etdiyini açıqlayıb.

Yaşları 18-50 arasında olan könüllülərə birinci mərhələdə iki doza “INO-4800” peyvəndi vurulub, onların immun sistemi 6 həftədən sonra peyvəndə cavab verib. Səkkizinci həftənin sonunda peyvəndin təhlükəsiz və heç bir risk yaratmadığı bildirilir.

Araşdırmanın risk qrupundakı insanlar üzərində də sınaqdan keçirilməyə başlandığı deyilir. Səlahiyyətlilər sınaqların ikinci və üçüncü mərhələlərdə də tətbiq olunacağını bildirib.

Peyvənd olunan bəzi iştirakçıların dərisində qızartılar əmələ gəldiyi, lakin bunun ciddi təsir göstərmədiyi açıqlanıb.Teleqraf.com



REKLAM