sehiyye.info

Köçəryanın azadlığa çıxması üçün 4,1 mln. dolları ödəyən sahibkarların adları bəlli oldu....

Köçəryanın azadlığa çıxması üçün  4,1 mln. dolları ödəyən sahibkarların adları bəlli oldu....
Xəbər verdiyimiz kimi, Ermənistan Apelyasiya Məhkəməsinin 2 milyard dram(4,1 milyon ABŞ dolları) müqabilində azadlığa –zaminə buraxılması barədə qərarına uyğun olaraq dünən - iyunun 19-da həmin məbləğdə girov ödənildikdən sonra işğalçı ölkənin terrorçu eks-prezidenti Robert Köçəryan sərbəst buraxılıb.

Arasd;rma/info erməni mənbələrindən bəhs edilən girov məbləğini ödəməkdə Köçəryan ailəsinə yardım etmiş iş adamlarının siyahısını əldə edib. Onların arasında rus da var.

Siyahını təqdim edirik:

-Samvel Karapetyan - Rusiyada qeydiyyatda olan, fəaliyyət göstərən və Qarabağın məskunlaşmasına fəal dəstək verən “Taşir” şirkətlər qrupunun rəhbəri.

- Sergey Ambarsumyan - “Monarx” şirkətlər qrupunun sahibi.

- Vladimir Yevtuşenkov - R.Köçəryanın da müstəqil direktor qismində İdarə Heyətinin üzvü olduğu Rusiyanın məşhur “AFK Sistema” şirkətinin əsas sahibi.

- Gennadi Stepanyan - Rusiya iş adamı və xeyriyyəçi.

Xatırladaq ki, R.Köçəryanın yaxın əlaqələri olan Rusiya prezidenti V.Putin onun azadlığa buraxılması üçün çox səy göstərirdi. Və çox güman ki, girov məbləğinin ödətdirilməsində də bu dostluğun böyük rolu olub...Moderator.az



REKLAM