sehiyye.info

Qızıl qan nədir? Onlar yadplanetlilərdirmi? (0 Rh-null)

Qızıl qan nədir? Onlar yadplanetlilərdirmi? (0 Rh-null)
Qızıl qan nədir? Onlar yadplanetlilərdirmi? (0 Rh-null)



İnsanda dörd əsas qan qrupunun, pozitiv və neqativlərini də hesablasaq, 8 qan qrupunun olduğu bizlərə məlumdur. Beynəlxalq Qan Transfuziyası Cəmiyyəti tərəfindən tanınan qan qruplarının sayı isə 35-dir. Lakin planetimizdə çox az sayda insan var ki, onların qanı “qızıl qan” hesab olunur. Əslində elə bu qanın da rəngi qırmızıdır. Lakin nadir olduğu üçün və həm də dünyada ən dəyərli qan hesab edildiyi üçün ona “qızıl qan” adı verilib. Bu qan sahibləri tibb elmi üçün xüsusi əhəmiyyətə malikdirlər. Qızıl qanı olan insanlar RH-antigeni olmayan sıfır rezus faktorlu qan sahibləridir. Müqayisə üçün deyim ki, mənfi qan qrupu olan insanlarda Rh qrupundan D antigeni yoxdur. Ancaq qanı qızıl adlandırılan insanlarda Rh qrupundan heç bir antigen yoxdur.



Nadir hallarda rast gəlinən qızıl qan təxminən son 60 ildə dünyada cəmi 44 nəfərdə müəyyən olunub. Ehtimal edilir ki, belə insanların sayı daha çoxdur, sadəcə indiyə kimi onlar müəyyənləşdirilərək qeydə alınmayıblar. Bəzi məlumatlara görə isə qızıl qan daşıyıcıları arasında donorların sayı daha azdır. Dünyada yalnız 9 nəfər qızıl qanı olan donor mövcuddur. Bu donorların hər biri digər bu qan qrupundan olan insanlardan demək olar ki, çox uzaqda yaşayırlar. Yəni birinə vacib qan lazım olarsa, həmin an, hətta yaxın bir neçə saat ərzində bunun tapılması qeyri-mümkün olar.



Əslində isə alimlər əvvəllər belə bir qan qrupunun olmasına inanmırdılar. Lakin Dünyada ilk dəfə RH-antigeni olmayan sıfır rezusu faktoru olan qan 1961-ci ildə Avstraliyada yaşayan bir aborigen qadında aşkar edilib. Onun qanında RH-antigeni yox idi. Bundan sonra elm adamları "qızıl" ləqəbli oxşar qan növü olan insanları fəal şəkildə axtarmağa başlayıblar. Son məlum olan qızıl qan daşıyıcısı isə Ranam Rao adlı bir pakistanlı qızdır.



Qeyd edim ki, hətta bəzi müstəqil tədqiqatçılar belə qana malik insanların yadplanetli olduğunu bildirirlər.



Bir sıra alimlərə görə qızıl qan həm yaxşıdır, həm də pisdir. Belə ki, qanları qızıl hesab olunsa da, bu insanların ciddi problemləri var. Çünki onlara yalnız öz qanlarına uyğun qan köçürmək olar. Onlar unikal donor ola bilər, bir çox insanı xilas edə bilərlər. Ancaq özlərinə qan tapmaqda çətinlik çəkərlər. Bu səbəbdən də qızıl qan sahiblərinə tövsiyə edilir ki, onlar ömrü boyu münasib bir tibb müəssisəsində qeydiyyatda olaraq, qanı öz ehtiyacları üçün bağışlasınlar.



REKLAM