sehiyye.info

COVİD-19 daşıyıcılarının ən təhlükəli yaş kateqoriyası açıqlandı: uşaqlarınızdan ehtiyatlı olun!

COVİD-19 daşıyıcılarının ən təhlükəli yaş kateqoriyası açıqlandı: uşaqlarınızdan ehtiyatlı olun!
İnsanlardan bəziləri koronavirusun daşıyıcısı ola bilər və buna yoluxduğundan belə şübhələnmirlər.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, Almaniyada infeksiyaların tədqiqi mərkəzinin alimləri CİVİD-19 daşıyıcılarının ən təhlükəli yaşlarını təyin edib.

Tədqiqata görə, xəstəliyin daşıyıcıları və ötürücüləri ən çox altı yaşınadək uşaqlardır. Qeyd olunub ki, koronavirusa yoluxmuş bütün nəsil insanlarında bioloji mayelərdə demək olar ki, eyni miqdarda patogen hissəcikləri olur. Belə bir gənc yaşda daşıyıcıların üçdə biri xəstəliyi başqalarına ötürməyə qadirdir. Yeri gəlmişkən, yetkinlərin demək olar ki, yarısı buna “qadirdir”.

Ancaq təcrübədən göründüyü kimi, məktəbəqədər uşaqlar nizam-intizamlı şəkildə maskalar taxmağa, üzlərinə toxunmamağa və əllərini müntəzəm olaraq yumamağa meylli deyillər. Həm də uşaqlar tez-tez döşəmədə oynamağı və müxtəlif maraqlı əşyaları ağızlarına aparıb dadına baxmağı sevirlər.

Tədqiqatçılar əlavə edib ki, bu vəziyyət çox vaxt körpələrin xəstəliyin əlamətlərinin təzahürü olmadan xəstələnə bilməsi ilə çətinləşir. Bütün bu amillər alimləri uşaqları COVİD-19 daşıyıcılarının ən təhlükəli kateqoriyasına aid etməyə sövq edib.



REKLAM