sehiyye.info

Yapon alimlərdən XƏBƏRDARLIQ – Uşaqlar üçün risklidir

Yapon alimlərdən XƏBƏRDARLIQ – Uşaqlar üçün risklidir
İki yaşına qədər uşaqlar üçün qoruyucu maskalar təhlükəli ola bilər.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Pediatriya Birliyinin nümayəndələri xəbərdarlıq edib.

Həkimlər və elm adamları uşaqlar üçün maskaların geniş şəkildə ləğv edilməsinin tərəfdarıdır.

“Körpələrdə tənəffüs yolları dar olduğu üçün maskalar nəfəs almağı çətinləşdirə bilər. Bu, boğulmaya ciddi bir təhlükədir. Maskalar həm də istilik vurma riskini artırır. Üstəlik, azyaşlı uşaqlar üçün maskaların effektivliyi sübut olunmayıb. Küçədə və ictimai yerlərdə uşaqlara yoluxma halları çox azdır. Əsasən, uşaqlar valideynləri və virusu evə gətirən digər ailə üzvlərindən koronavirusa yoluxurlar” , - açıqlamada qeyd olunub.

Yaponlara ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) və Amerika Pediatriya Akademiyası dəstək verib.Publika.az



REKLAM