sehiyye.info

Mənzildəki ən təhlükəli yer açıqlandı

Mənzildəki ən təhlükəli yer açıqlandı
Mənzilinizdə təhlükəli mikroorqanizmlərin əsas törəmə yeri bəlli oldu - mətbəx çanağı.

Bunu Arizona Universitetinin ictimai səhiyyə, ətraf mühit elmi və immunologiya üzrə professoru Çarlz Herb söyləyib.



Herb qeyd edib ki, bəzi insanlar donmuş çiy əti məhz mətbəxdə əl yumaq üçün nəzərdə tutulmuş çanaqda əridir və ya çiy quş ətini burada yuyurlar. Nəticədə, təhlükəli mikroorqanizmlər çanağın içərisinə, daha sonra isə mətbəxə yayılır. Mütəxəssis bu mikrobların salmonella və bağırsaq çöpləri xəstəliyi yarada biləcəyini deyir.

Herb mətbəxdəki ən çirkli əşyalar olaraq qabyuyan vasitələrin, əski və dəsmalların adını çəkib.

“Son araşdırmalar doğrama taxtasında unitazdan daha çox mikrob olduğunu göstərdi”, - deyə mütəxəssis əlavə edib.



REKLAM