sehiyye.info

Heyvanlardan insana müxtəlif xəstəliklər keçə bilər.

Heyvanlardan insana müxtəlif xəstəliklər keçə bilər.
Sehiyye.info xəbər verir ki, bəi xəstəliklər heyvanlardan insanlara keçir.



Pişiklərin bilinməyən tərəfi

Pişik dırmığı xəstəliyi xüsusilə uşaqlar üçün təhlükəlidir. Xəstəlikli pişiyin dişləməsi ya da cırmaqlamasıyla keçər. Heyvan virusu qanında parazit olaraq illərcə daşıya bilər ancaq özü xəstələnməz. Almaniyadakı pişiklərin 13%-i bu virusu daşıyır. İnsanda yüksək atəş və yara ətrafındakı linfa vəzlərində şişmə təsiri göstərir.



Havadan gələn təhlükə

Ebolanın insana yarasadan keçdiyi artıq təsbit edilib. Yarasa bəzi Qərbi Afrika ölkələrinin seçmə ləzzətləri arasındadır. Virus ilk olaraq heyvandan insana bulaşdı və ardından insandan insana. Hələlik epidemiyanın qarşısı alınmış görünür.



Mal çiçək xəstəliyi

Xəstəlik əvvəlcə mallara təsir edir. Ancaq insanlar və bütün məməli heyvanlar üçün yoluxucudur. Almaniyada mal çiçək xəstəliyinin peyvəndi yoxdur. Ancaq çiçək peyvəndi olanlar qoruna bilir. Xəstəlik daha əvvəllər daha çox heyvanlar sağılarkən əllərə bulaşırdı.



Asiya pələng ağcaqanadı

İndiki vaxtda bir qitədən digərinə səyahət problem deyil. Bu yalnız insanlar üçün belə deyil, məsələn bu asiya pələng ağcaqanadı kimi heyvanlar üçün də keçərlidir. Bir çox ekzotik heyvan kimi o da ticarət ya da daha çox gəmi səyahəti ilə Avropaya daşınır. Bu ağcaqanad Deng humması xəstəliyi bulaşdırır.



Tutuquşu xəstəliyi

Zoonoz bir xəstəlik olan tutuquşu xəstəliyi xüsusilə uşaqlar və gücsüz böyüklər üçün təhlükəli ola bilər. Bakteriyaların səbəb olduğu xəstəliyi xüsusilə tutuquşular, kolibrilər və göyərçinlər daşıyır. Əksəriyyətlə heyvanın quru nəcisindən insana keçir. Mikrob tozla birlikdə havaya da yayılır.



Quduz daşıyan tülkülər

Quduz 2008-ci ilə qədər Almaniyada da görülür və xüsusilə tülkülərdən bulaşırdı. Geniş miqyaslı bir peyvənd kampaniyası ilə bu təhlükəli xəstəliyin önünə keçildi. Quduz xəstəliyi öldürücü ola bilir. Xəstəlik indiki vaxtda Almaniyada görülmür.



REKLAM