Bakıda bu xəstəxana bağlandı: xəstələr binadan buraxılmır
3 saylı Şəhər Klinik Xəstəxanasına bir neçə saatdır ki, xəstə qəbulu dayandırılıb.
Sehiyye.info xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı qeyd edib. O bildirib ki, həkimlər və personal xidməti binadan buraxılmır və 100-dən çox xəstə və xəstə yaxınları xəstəxananın önünə toplaşıb.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, xəstəxanada müvəqqəti profilaktik dezinfeksiya tədbirləri aparıldığı üçün giriş müvəqqəti dayandırılıb:
“Vətəndaşlar xəstəxanaya sosial məsafəni qorumaq şərti ilə hissə-hissə buraxılır. Fərdi qoruyucu vasitələri olmayan insanlar ambulator qəbula buraxılmayacaqlar. Xəstəxanada iş prosesi dayandırılmayıb. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra əvvəlki qaydada xəstələrin qəbulu davam etdiriləcək”.Axar.az