Bakıda xəstə yaxınları xəstəxanaya hücum etdi
Sosial şəbəkədə və bir sıra kütləvi informasiya vasitələrində Qarabağ qazisi Asif Yusiflinin qızı, 21 yaşlı Esmiranın həyatının təhlükədə olması və həkimlərin ona laqeyd yanaşmasına dair məlumatlar yayılıb.
Məlumata görə, xəstə noyabr ayının 5-də yüksək qan təzyiqi ilə təcili tibbi yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və orada da müxtəlif bəhanələrlə onu qəbul etməyiblər.
Daha sonra onun Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb. İddia edilir ki, xəstəxanada həkimlər E.Yusifovanı koma vəziyyətindən çıxara bilməyəcəklərini deyiblər.
Məsələ sosial şəbəkələrdə ciddi müzakirələrə və etirazlara səbəb olub.
Qeyd olunan məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün Oxu.Az Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanın baş həkimi Bəyalı Məmmədovla əlaqə saxlayıb. Baş həkim isə açıqlamasında vəziyyətin fərqli olduğunu deyib:
“Xəstə 1998-ci il təvəllüdlü Yusifova Esmira Akif qızı anadangəlmə şəkər xəstəsidir. Ona birinci tip şəkərli diabet diaqnozu qoyulub. Mütəmadi olaraq insulin qəbul etməlidir. Məndə olan məlumata görə, ilk olaraq onu 5 saylı şəhər kliniki xəstəxanaya aparıblar. Xəstəxanada ona lazım olan müdaxilə edilib və vəziyyəti stabilləşib.
Səhər xəstəni normal palataya keçirmək istəyəndə isə saat 10:30 radələrində iltizamnamə yazaraq müalicə və müayinədən imtina edərək evə getmək istədiyini deyib. Bildirib ki, onun öz həkimi var və daim onun nəzarətində olur.