İstanbulda dövlət xəstəxanasının bir hissəsi “donuz qripi” şübhəsi ilə müvəqqəti bağlanıb
İstanbulun Böyükçəkməcə rayonunda yerləşən Memar Sinan Dövlət Xəstəxanasının təcili tibbi yardım bölümünün bir hissəsinin fəaliyyəti H1N1virusu (donuz qripi) şübhəsi ilə müvəqqəti dayandırılıb.
Sehiyye.info xəbər verir ki, bölüm xarici bir vətəndaşın “donuz qripi” şübhəsi ilə bura gətirilməsi səbəbindən müvəqqəti bağlanıb. Xəstəxanada fövqəladə vəziyyət elan edilib.
Xəstəxananın səlahiyyətli şəxsləri tərəfindən məsələ ilə bağlı açıqlama veriləcəyi gözlənilir.AZƏRTAC