sehiyye.info

20 min könüllü koronavirusa yoluxacaq - SƏBƏB

20 min könüllü koronavirusa yoluxacaq - SƏBƏB
20 mindən çox insan koronavirusa qarşı peyvəndin yaradılması üçün eksperimentdə içtirak etməyə razılıq verdi.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Könüllülər İngilis hVIVO qrupunun təhsil proqramında iştirak edib. Koronavirus sətəlcəminin müalicəsi üçün zəmanətli dərmanlar hələ tapılmadığına görə könüllülər SARS-CoV-2 –yə deyil, eyni ailədəki oxşar viruslarla yoluxacaqlar.

İnfeksiyadan sonra könüllüllər iki həftə müddətində karantinə alınacaq. Təcrübələrdə iştirak üçün hər kəsə 3500 Britaniya funtu ödəniləcək.

Qeyd edək ki, Martın 20-də Rospotrebnadzor Koronavirusa qarşı peyvənd sınağının başlandığını elan edib. Rusiyanın Dövlət Elmi və Tədqiqat Virusologiya və Biotexnologiya Mərkəzində qısa müddətdə altı fərqli texnoloji platformaya əsaslanan peyvənd prototipləri hazırlanıb. Alimlər peyvəndin tətbiqinin 2020-ci ilin son rübündə mümkün olacağını düşünür.Publika.az



REKLAM