sehiyye.info

Koronavirusa qarşı vaksinlər insanlar üzərində sınaqdan keçiriləcək

Koronavirusa qarşı vaksinlər insanlar üzərində sınaqdan keçiriləcək
Koronavirusa qarşı vaksinlər üç-dörd aydan sonra insanlar üzərində sınaqdan keçiriləcək.

Lenta.ru-nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri məlumat verib.

Qeyd edək ki, Cenevrədə bir neçə gün öncə keçirilən forumda perspektiv vaksinlərin olduğu bildirilmişdi. İlk dörd variant insanların üzərində üç-dörd aydan sonra sınaqdan keçiriləcək. Ancaq bir il yarım sonra vaksin hər kəs üçün əlçatan olacaq.

Dərman istehsalçıları bildiriblər ki, əslində bunu daha tez həyata keçirmək mümkündür. Ancaq fövqəladə vəziyyətə baxmayaraq, bürokratiya hələ də var və buna görə proses ləngiyir.



REKLAM