sehiyye.info

Bu ölkədə koronaya yoluxanlar ailəsi ilə vidalaşa bilir

Bu ölkədə koronaya yoluxanlar ailəsi ilə vidalaşa bilir
İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Suraski Sağlamlıq Mərkəzində ölüm ayağında olan koronavirus xəstələrinə ailəsi ilə vidalaşmağa icazə verilir.

Sehiyye.info xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Mərkəzin baş həkimi xəstələrin yaxınlarının yanında olmadan ölməsinin qorxunc olduğunu bildirib.

"Həm insan, həm də tibb işçisi olaraq bizim əxlaqi vəzifəmiz heç kimin təkbaşına ölməsinə icazə verməməkdir", - baş həkim bildirib.



REKLAM