sehiyye.info

Ölkədə koronaya yoluxmanın pik həddidir – Həkim

Ölkədə koronaya yoluxmanın pik həddidir – Həkim
COVİD-19-la bağlı bu günün proqnozuna əsasən ümumi fikir belədir ki, infeksiyanın pik etapına qədəm qoymuşuq. Avropa da, biz də, qonşu dövlətlərdə də koronavirusa yoluxmanın pik həddi yaşanır.

Sehiyye.info xəbər verir ki, bu fikirlərlə həkim Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, infeksiyanın pik həddi varsa, demək, sönmə dövrü də yaxınlarda olacaq.

Həkim bildirib ki, əhaliyə edilən “Evdə qal!” çağırışı kortəbii yoluxmanın qarşısını almaq üçün atılan ən optimal variantdır:

“Bu məsələdə inzibati tədbirlərlə yanaşı, vətəndaş məsuliyyəti də çox vacibdir! İşə gedənlərin iş yerləri vaxtaşırı dezinfeksiya olunmaqla, işçilər də vaxtaşırı testdən keçirilməlidilər”.

Həkim bildirib ki, poliklinika işçilərinin evlərə göndərilməsi düzgün iş deyil:

“Bu, yoluxma ehtimalını yüksəldir. Deyilənə görə, yoluxanlar da var. Kontaktda olanlar və xəstəliyi yüngül keçirənlər karantin məqsədi ilə evdə qalsalar yaxşıdır. Xəstəxanaları tibbi yardıma ehtiyacı olmayanlarla doldurmaq doğru deyil. Gürcüstanda bu kateqoriyadan olan insanlar üçün xüsusi "Temperatur Mərkəzləri" yaradılıb. Bizdə də belə mərkəz yaradılmalı və xüsusilə qızdırması olanlar nəzarətə götürülməlidir”.



REKLAM