Koronavirus karantin mərkəzində sirli ölüm - səbəb xəstəlik deyil
Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən, koronavirusun yayıldığı Çinin Uhan şəhərindən təxliyyə edilən Yaponiya vətəndaşlarının nəzarət altında saxlandığı obyektdə müəmmalı ölüm hadisəsi baş verib.
İHA-nın məlumatına görə, Saitama əyalətindəki Milli Sağlamlıq İnstitutunda işə qəbul edilmiş 37 yaşlı bir məmur dünən səhər saat 10:00-da ölü tapılıb. Adı açıqlanmayan polis məmurunun binadan tullanaraq intihar etməsi ehtimal edilir.
Bu vaxta qədər, Uhandan 565 vətəndaşını təxliyyə edən Yaponiya Çindən gətirilən birinci qrupdakı bəzi insanların yoluxduqlarını və bütün təxliyyə edilənlərin iki həftə nəzarət altında olacağını açıqlayıb. Hadisənin baş verdiyi Milli Xalq Sağlamlığı İnstitutu Çindən təxliyyə edilən Yaponiya vətəndaşlarının nəzarət altında saxlandıqları sağlamlıq mərkəzlərindən biridir.