sehiyye.info

Azərbaycanda koronaya yoluxan tibb işçiləri kimlərdir? - Həkim açıqladı

Azərbaycanda koronaya yoluxan tibb işçiləri kimlərdir? - Həkim açıqladı
Son zamanlar xəstəxanalarda gecə-gündüz çalışaraq koronovirus pandemiyası ilə mübarizə aparan, xəstələrin sağlamlığı keşiyində duran həkimlər haqqında çoxlu yazılar yazılır. Qədirbilən insanlar əməyimizi qiymətləndirir, bizə dəstək olurlar. Amma çox istəyirəm xəstəxanamızda COVID-19 -a yoluxub müalicə alan Təcili Yardım Stansiyasının həkimləri haqqında da məlumatınız olsun.

Bunu Teleqraf.com-a açıqlamasında hazırda Tədris Cərrahiyyə Klinikasında xidmət göstərən həkim-terapevt Məlahət Hümmətqızı deyib.

O bildirib ki, xəstəxanaların çoxunda COVID-19-a yoluxan həkimlər var:

"Onların arasında çoxluq təşkil edən isə təcili yardım stansiyasının həkimləridir. Onların işi daha çətindir. Çünkü onlar xəstələrin burun və boğazından yaxma götürərkən xəstə ilə daha yaxın məsafədə, təmasda olurlar".

Məlahət Hümmətqızı "Adlarını çəkməyə icazə olmadığına görə xəstəxanalarda COVID-19-a yoluxub, müalicə alan, ağır vəziyyətdə olan bütün həmkarlarımıza şəfa diləyirəm və tezliklə sağalaraq evlərinə, ailələrinə dönməklərini arzulayıram" - deyə qeyd edib.



REKLAM