sehiyye.info

Panik atak və narahatçılıq.

Panik atak və narahatçılıq.
Son zamanlar klinikalarda ən çox müraciət olunan xəstəliklərdən nevroloji xəstəliklər üstünlük təşkil edir.Belə ki,cəmiyyətdə baş verən proseslər,koronavirus,xüsusi rejim və s.insanlarda panika və ruh düşkünlüyünə səbəb olur.Bu baxımdan stress keçirən,psixoloji və nevroloji xəstəlikləri olanlar daha çox narahatçılıq keçirir,
Bu kimi narahatçılıqla əlaqədar Sehiyye.info saytı tanınmış nevropatoloq ,MedEra Hospitalın həkimi Zərifə (Əhmədova) Cəlilovanın fikirlərini öyrənib.
"Panik atak qorxu,həyacan,sıxıntı hissləri ilə keçən tutmalar şəklində narahatçılıqdır.Ani başlayan tutma ilə pasient qorxu içində olur.Öləcəyi və ya infarkt olacağını düşünür.Bu hisslərin ən şiddətli halı on dəqiqəyə qədər davam edir.20-30 dəqiqə arasında isə bu pasient sakitləşir.Lakin,pasient özünü çox narahat ,yorğun hiss edir.Tək qalmaq istəmir.
Sadalanan əlamətlərin bir neçəsi olarsa həkimə müraciət etmək lazımdır.
-tərləmə.
-titrəmə,
-ürək döyüntülərinin artması,
-nəfəs almaqda çətinlik,boğulma hissi,
-başgicəllənmə,bayılacağını düşünmək,
-ürəkbulanma,qarınağrısı,
-arterial təzyiqin yüksəlməsi,və ya enməsi,
-döş qəfəsində ağrılar,
-özünü hiss edə bilməmə,özünə yadlaşma hissi(depersonalizasiya),
-ətrafın gerçək olmadığını düşünmək(derealizasiya),
-ölüm qorxusu,
-bədəndə uyuşmalar və s.
Çalışın vaxtında müayinə və müalicə olunun.Ağırlaşmalar psixiatrik xəstəliklərə gətirib çıxara bilər."
Panik atak və narahatçılıq.

Med Era Hospital
Dr.Zərifə Əhmədova
Tel:050 393 33 50



REKLAM