sehiyye.info

"Milli Oftomologiya Mərkəzinə 10 ildə 90 224 nəfər pasient müraciət edib": Elmar Qasımov

"Milli Oftomologiya Mərkəzinə 10 ildə 90 224 nəfər pasient müraciət edib": Elmar Qasımov
Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində fəaliyyətə başladığı 10 il ərzində stasionar pasientlərin sayı 90 224 nəfər olub".

Sehiyye.info Metbuat.aza istinadən bildirir ki,bunu Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş "Oftalmologiyanın bu günü və gələcəyi" adlı beynəlxalq elmi-praktik konfransda Mərkəzin baş direktoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, 10 il ərzində cərrahi əməliyyatların sayı 82 468, ambulator müayinələrin sayı isə 1 milyon 710 nəfər olub:

"Səyyar klinikanın fəaliyyətə başladığı dövrdən 22692 nəfərə baxış keçirilib. Onlardan 2 minə yaxın xəstə əməliyyat olunub".

E.Qasımov eyni zamanda qeyd edib ki, Mərkəzin həm Bakı, həm Gəncə, həm də Masallı filialı ver. Baş direktor bildirib ki, yezliklə Şəki filialı da fəaliyyət göstərəcək.



REKLAM