sehiyye.info

Xəstəliklərin çoxu əsəbdəndir.

Xəstəliklərin çoxu əsəbdəndir.
Deyirlər, bir çox xəstəliklərin səbəbi əsəbdir.İnsanların əsəb sistemində pozğunluq digər xəstəliklərin yaranmasına səbəb ola bilər.
Sehiyye.info bu barədə Med Era Hospitalın həkim nevropatoloqu Zərifə (Əhmədova)Cəlilovanın fikirlərini sizə çatdırır:

Əsəb sistemi çox həssasdır.Bununla belə bütün orqanlara təsir gücünə malikdir.Təsadüfi deyil ki,insan əsəbiləşəndə,göz qaralma,nəfəs çatışmazlığı,ürək döyüntüsünü artması,halsızlıq,əsmə və hətta huşunu itirmə halları baş verir.
Narahat şəxsiyyət tipinə aid olanlar, ümumiyyətlə baş verməmiş bir şeydən narahat olurlar və daima keçmiş səhvlərində özlərini günahlandırırlar. Bu tipə aid olanlar çox işləyən və daim həddən artıq işləyən , ailə üzvləri, həmkarları ilə münasibətlərdə problem olanlar. spirtli içki qəbul edənlər, siqaret çəkənlər, narkotik istifadə edənlərdir.
Əsəb sisteminin pozulması, nevroloji xəstəliklərdən və şiddətli patologiyalardan əziyyət çəkən insanlar, xüsusilə qaraciyər, tiroid bezi xəstəlikləri və onkoloji xəstəliklər üçün təhlükə yarada bilər.
Xəstəliklərin çoxu əsəbdəndir.
Sinir sisteminin pozğunluğunun simptomları xüsusi simptomatologiya pozğunluq növündən asılıdır, lakin demək olar ki, bir sinir sisteminin pozğunluğundan əziyyət çəkən hər kəsdə görünən əlamətlər var:
yuxusuzluq;
qıcıqlanma;
narahatlıq,
tutqun düşüncələr,
gələcək qorxusu;
daimi yorğunluq,
performansın azalması,
yuxululuq; konsentrə ola bilməməsi,
diqqətin azalması;
yaddaşın pozulması;
obsesif düşüncələr.

Bu simptomları olan xəstələr həkimə müraciət etmələri tövsiyyə olunur,əks halda başqa xəstəliklərin yaranması və ya şiddətlənməsinə gətirib çıxara bilər.
Med Era Hospital
Dr.Zərifə Əhmədova
Tel:050 393 33 50



REKLAM