sehiyye.info

Son həftədə dörd intihar: ikisi psixiatriya xəstəxanasında, biri xərçəngdən

Son həftədə dörd intihar: ikisi psixiatriya xəstəxanasında, biri xərçəngdən
Ötən istirahət günləri ərzində Azərbaycanda üç intihar hadisəsi baş verib, onlardan biri psixiatriya xəstəxanasında olub.

Sehiyye.info bildirir ki,bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Son günlərdə ikinci intihar hadisəsi Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında olub. Sabunçu Rayon hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildiriblər ki, şənbə günü saat 19:00 radələrində 1990-cı il təvəllüdlü pasiyent, Ağcabədi rayon sakini Həsənov Vasif Sabir oğlunun cəsədi tapılıb. Gənc yorğanı ilə özünü pəncərə barmaqlığından asıb.

Qeyd edək ki, ayın 7-də eyni xəstəxanada 1951-ci il təvəllüdlü pasiyent Sinominko Vladimir Qonomiç canına qəsd edib. Kişi özünü xəstəxana çarpayısından asıb. Hazırda hər iki fakt üzrə rayon prokurorluğu tərəfindən təhqiqat aparılır.

Xəstəxanadan bildiriblər ki, bu, son iki ildə və ümumiyyətlə, son 10 ildə dördüncü intihar hadisəsidir:

“Burada intihara nadir hallarda əl atılır. Müəssisənin personalı intihar hallarının baş verməməsi üçün nəzarət edir. Lakin istirahət günlərində burada az sayda işçi olur və bütün iki min pasiyentə nəzarət etmək çətindir. Hər iki hadisə istirahət günlərində olub, xəstələr uyğun vaxtın çatmasını gözləyərək intihar ediblər”.

Şənbə günü, səhər saatlarında isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 1946-cı il təvəllüdülü Zamanov Adil Məşədihüseyn oğlunun meyiti bağ sahəsində aşkarlanıb. Kişi öz evinin həyətindəki dirəkdən asılmış vəziyyətdə tapılıb. İlkin məlumata görə, A.Zamanov onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu onu intihara əl atmağa vadar edib.

Goranboy rayonunun 1958-ci il təvəllüdlü sakini İsgəndərov Şamil Ələkbər oğlu bazar günü, gecə Gəncədə özünü asıb. Hələlik onu intihara sövq edən səbəb məlum deyil.



REKLAM