sehiyye.info

Koronavirus Almaniyaya “pəncərə açıb”

Koronavirus Almaniyaya “pəncərə açıb”
Bavariyanın Münxen yaxınlığında yerləşən Ştokdorf şəhərciyinin sakinində dünyada daha çox koronavirus adı ilə məşhur olan təhlükəli “2019-nCoV” virusu aşkar edilib.

Sehiyye.info xəbər verir ki, 33 yaşlı xəstə təcrid edilib. Almaniyanın ilk koronavirus daşıyıcısı ilə birbaşa təmasda olan şəxslərin hamısı xəstəliyin ilkin əlamətləri barədə məlumatlandırılıb.

Məlum olub ki, müəyyən müddət əvvəl onun ofisinə çinli qadın gəlib. Qadın vətənə qayıdandan sonra onda həmin virus aşkar edilib.

Yeni tip koronavirusun yayılma ocağı olan Çinlə yanaşı, bu virusa yoluxma halları Tailand, Cənubi Koreya, Yaponiya, Avstraliya, Sinqapur və ABŞ-da qeydə alınıb.AZƏRTAC



REKLAM