sehiyye.info

Aristokrat Klinikasında ölüm hadisəsi – Təfərrüat

Aristokrat Klinikasında ölüm hadisəsi – Təfərrüat
Ötən gün Aristokrat Klinikasında öıüm hadisəsi baş verib.Lakin bu ölüm xəstə ölümü deyil.
Klinika rəhbərinin oğlu tərəfindən döyülən 58 yaşlı gözətçi bir neçə saat sonra ürək tutmasından dünyasını dəyişib.
Sehiyye.info Reporta istinadən xəbər verir ki,klinikanın gözətçisinin döyülərək öldürülməsinin bəzi təfərrüatı məlum olub.
Döyülərək öldürülən 58 yaşlı Muraz Nəbiyev “Aristokrat” tibb mərkəzində gözətçi vəzifəsində işləyib.

Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb.

M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub.

DİN-dən verilən rəsmi məlumata əsasən, dərhal Nərimanov rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb, müvafiq zəruri tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

H.Rəhimli həbs olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



REKLAM