sehiyye.info

Paltar seçimi və allergiya

Paltar seçimi və allergiya
Paltar seçərkən onun fəslə uyğunluğu ilə yanaşı sağlamlığa zərərli təsir etməməsini də nəzərə almaq lazımdır. Yəni paltarın hansı materialdan tikilməsinə, rənginə, biçiminə diqqət yetirmək çox vacibdir, çünki allergiyaya səbəb olan, təri çəkməyən sintetik geyimlər müxtəlif cür xəstəliklərə səbəb olur. Həssaslığı yüksək olanlar sintetik geyimlərdən istifadə edərkən dəridə bəzi dəyişikliklər əmələ gəlir.

Sehiyye.info xəbər verir ki, həkim-dermatoloq Zülfüqar Fərəcov bu barədə danışarkən deyib: “Dərinin iltihabı xəstəlikləri, yəni dəridə kontakt allergik dermatitlər əmələ gələ bilər. İnsanların bədəni sintetik materialdan hazırlanan geyimlərə reaksiya verdikdə əvvəlcə qızartı, yəni dərinin ümumi iltihabı və infeksiya, səpgilər, onun fonunda qaşınma əmələ gəlir. Qaşınma isə dərinin tamlığını pozur, infeksiya yaranır. Geyim təsir etdikcə həmin proses bütün bədəni əhatə edə bilər. Qış aylarında yun parçadan hazırlanan geyimlər daha yaxşıdır, lakin bəzən ona qarşı da reaksiya ola bilər. Dərinin nəfəs almasında pambıqdan hazırlanan geyimlər daha aktiv iştirak edir”.

Həkimin dediyinə görə, təbii materialdan hazırlanan geyimlər bədənin nəfəs almasını təmin edir, xəstəliklərin yaranmasına mane olur.AZƏRTAC



REKLAM