Göz qızartısının səbəbi nədir? – BU XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİDİR
Bəzən səhər oyananda görürük ki, gözlərimizin içi qırmızdır. Medicina.az bu duruma gətirib çıxaran amilləri təqdim edir.
Göziçi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və "bu gün keçər, sabah keçər" deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin də əlaməti ola bilər. Zamanında müalicə edilməyən infeksiyalar isə gözün daxili qatlarına doğru yayıldıqda ciddi görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə həyati önəm daşıyır.
Sehiyye.info Milli..az-a istinadən bildirir ki, göz xəstəlikləri ən çox qızartı, yanma, qaşınma, batma, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə biruzə verir. Bu simptomlar adətən infeksiya, ya da allergik səbəblərlə ortaya çıxır. Gözdəki ağrı qızartı ilə bərabər müşahidə edilirsə, diqqət etmək lazımdır.
Yanma və batma hissi başqa xəstəliklərə işarə ola bilər.
Gözlərdə yanma, ya da batma hiss yaransa, bu, allergik xəstəliklərin, kontakt linzalarla əlaqəli problemlərin, göz quruluğunun və ya göz qapağı pozuqluqlarının xəbərçisi ola bilər. Göz qapağı şişkinliyi isə adətən infeksiya qaynaqlı göz xəstəliklərinin əlamətidir. Lakin bu şişliklər mütəmadi yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı xəstəliyin səbəbi ola bilər.
Göz və göz qapağı qaşıntılarına diqqət!
Allergik göz problemləri adətən göz qaşıntıları ilə özünü göstərir. Bu qaşıntıların səbəbləri arasında isə yad cisim batması, iltihab qaynaqlı göz xəstəlikləri, ətrafdakı həddindən çox işıqlandırma, müxtəlif göbələklər, sinusit, ya da qrip kimi viral xəstəliklər yer alır. Bunlarla yanaşı, göz qapağı pozuqluqları da göz qaşıntılarına səbəb olan faktorlardandır.
Mütləq göz həkiminə müraciət edin!
Keçici, ya da qalıcı fərq etməz, görmədə azalma, göz önündə uçuşan cisimlər görmə, işıq çaxması hissi, işıqların ətrafında halqalar görmə, gözdə sulanma kimi şikayətlər varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.