sehiyye.info

Bakıda “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçirilib

Bakıda “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçirilib
Noyabrın 26-da Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçirilib.

Sehiyye.info xəbər verir ki, tədbirdə Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova iştirak ediblər.

Konfransda çıxış edən C.Qurbanova qeyd edib ki, hazırda bütün onkoloji xəstəliklərin, o cümlədən uşaqlıq boynu xərçənginin vaxtından əvvəl aşkar edilməsi və müalicəsi müasir tibbin qarşısında duran əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin gələcək sessiyalarında müzakirəyə çıxarılacaq.APA



REKLAM