sehiyye.info

Tibb müəssisəsinin rəhbəri beynəlxalq mükafata layiq görülüb

Tibb müəssisəsinin rəhbəri beynəlxalq mükafata layiq görülüb
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova Avropa Tibb Assosiasiyasının və Oksford Akademik Birliyinin birgə təsis etdiyi mükafata layiq görülüb.

Professor Cəmilə Qurbanova uzun müddətli elmi fəaliyyətinə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna və tibb elminə verdiyi töhfələrə görə təltif edilib.

Sehiyye.info xəbər verir ki,bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Professor Cəmilə Qurbanova ötən ilin dekabrında Oksford şəhərində və bu ilin aprelində Londonda Oksford Akademik Birliyi və Lordlar Palatasının ümumi qərarı əsasında mükafatlandırılıb.

Qeyd edək ki, Cəmilə Qurbanovaya tibb elminə verdiyi töhfələrə görə Londonda Oksford fəxri professor, tibbi xidmətin və səhiyyənin təşkilindəki modernləşdirilməsinə görə isə Tbilisidə Rosa Parasels mükafatları təqdim edilib.



REKLAM