sehiyye.info

Hüquq müdafiəçisi özəl tibb müəssisəsi olan "City Hospital"da əməliyyat olunub

Hüquq müdafiəçisi özəl tibb müəssisəsi olan "City Hospital"da əməliyyat olunub
Oktyabrın 29-da “Səməd Vurğun” bağının yanında yolu keçmək istəyən hüquq müdafiəçisi Oqtay Güləliyev piyada keçidinin üstündə avtomobil tərəfindən vurulub. Gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb.

Bu barədə məlumat Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmin mənbədən verilən məlumata görə, xəstənin yaxın qohumlarının təkidli xahişlərinə əsasən onu 1 saylı Kliniki Tibbi Mərkəzdən çıxarılaraq özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Bu gün onun üzərində əməliyyat aparılıb. Hələlik xəstə əməliyyat blokundadır. Tezliklə onu reanimasiya şöbəsinə yerləşdirəcəklər .



REKLAM