Dişlərin ev şəraitində ağardılmasının 6 ən yaxşı üsulu
Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür.
Nəzərinizə çatdıraq ki, bəzi sadaladığımız vasitələrdən btez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.
1. Duz
Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul - diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.
2. Banan qabığı
Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.
3. Soda
Soda ən yaxşı ağırdıcı vasitədir. Diş fırçasına az miqdarda diş məcununu sıxın, sodaya batırın (2-3 damcı limon şirəsi də sıxa bilərsiniz) və dişlərinizi yaxşı təmizləyin. Bu üsuldan tez-tez istifadə etməyin - diş emalı zədələnə bilər. Bu üsuldan həftədə 1 dəfə istifadə etmək olar.
4. Hidrogen peroksidi + soda
Bu ən effektli üsuldur. Lakin ehtiyatlı olmaq lazımdır. 1 çay qaşığı sodanı az miqdarda 3%-li hidrogen peroksidi ilə qarışdırın (pasta kimi alınmalıdır) və dişlərinizi 3 dəqiqə ərzində yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın. Bu üsuldan həftədə 1 dəfə istifadə edin.
5. Çay ağacı yağı
Çay ağacı dişləri ağardır və həmçinin damaqları möhkəmləndirir, ağız boşluğuna antiseptik təsir edir, ağızdan gələn pis qoxunu yox edir. Bu üsul dişlərə heç bir mənfi təsir etmir.
Dişlərinizi adi qaydada diş məcunu ilə yaxşı təmizləyin, sonra fırçanı yuyun və üzərinə 3 daçcı çay ağacı yağı əlavə edib dişlərinizi yenidən təmizləyin.
Bunu gündə 1 dəfə 1 ay ərzində etmək lazımdır.
6. Limon və limon şirəsi
Limon həm dişləri ağardır, həm də damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Diş fırçasına diş məcunu sıxın, üzərinə 2-3 damcı limon şirəsi əlavə edin və dişlərinizi yaxşı təmizləyin. Daha sonra ağzınızı yaxşı yaxalayın.
Bir dilim limon götürüb dişlərinizə və damaqlarınıza sürtün və daha sonra ağzınızı yaxşı yaxalayın.Saglamolun.az