sehiyye.info

Depressiyaya qarşı ən yaxşı vasitə TAPILDI

Depressiyaya qarşı ən yaxşı vasitə TAPILDI
Depressiyanı müalicə etmək heç də asan deyil.

Çünki xəstələrin 50 faizi antidepressanta reaksiya vermir. Lakin danimarkalı alimlər müalicənin effektivliyini artırmaq üçün yeni üsul kəşf ediblər. Hər şey çox sadədir: sadəcə, yağlı balıqdan istifadə etmək lazımdır.



Tədqiqatçı Roel Mokinin sözlərinə görə, onlar insan bədənində hansı antidepressantın olmadığını tapıblar. Daha çox orqanizmdəki yağ turşuları araşdırılıb.

Sən demə, depressiya zamanı yağ turşularının mübadiləsində problem yaranır. Bu isə öz növbəsində, stress yaradan hormonlara təsir edir.

Yağlı balığın yaratdığı effekt 70 xəstə üzərində öyrənilib. Məlum olub ki, həftədə, heç olmasa, həftədə bir dəfə yağlı balıq yeməyən depressiyalı xətsədə müalicə daha gec gedir.

Başqa sözlə, müalicənin effektli olması üçün həftədə, ən azı, bir dəfə balıq yemək lazımdır.
Depressiyaya qarşı ən yaxşı vasitə TAPILDI



REKLAM