Menstruasiya dövründə BUNU ETMƏK OLMAZ!
Araşdırmalar nəticəsində məlum olub ki, menstruasiya dövründə saç boyamaq olmaz. Bu, boyanın effektivliyini azaldır.
Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, ağaran saçları rəngləyən zaman daha yaxşı nəticə əldə etmək üçün bəzi məqamlara diqqət etmək lazımdır.
“Menstruasiya dövründə saç boyamaq olarmı” sualı qadınları narahat edən məsələlərdən biridir. Menstruasiya dövründə orqanizmdə hormonal dəyişikliklər meydana gəldiyi üçün bəzi qadınlar o dövrdə saçlarını boyamır.
Məlum olub ki, hormon balanslarının və orqanizmin kimyəvi maddələrə verdiyi reaksiyanın dəyişdiyi bu dövrdə boya digər vaxtlarda kimi yaxşı alınmaya bilər. Hətta fenlədiyiniz saçlarda bu dövrlərdə 1-2 saat ərzində korlana bilər.
Hormonal dəyişikliklər bədən hərarətini artır. Odur ki, bədənə tətbiq edilən digər kosmetik məhsulları da fərqli nəticə göstərə bilər.
Menstruasiya dövründə saçlarınıza dəyişiklik etmək istəyirsinizsə aşağıdakılara diqqət edin:
Saç rəngini tamamilə dəyişdirmək istəyirsinizsə, bunu menstruasiya dövründə etməməyi tövsiyə edirik. Orqanizminizin istiliyi istədiyiniz rəng tonunun tutmasına mane ola bilər.
Menstruasiya dövründə tünd və qəhvəyi boyalar istifadə etməyin. Ancaq açıq sarı ilə lap açıq sarısı kimi rəngləri menstruasiya dövründə də etmək olar. Bu dövrlərdə bədən temperaturu yüksək olduğundan saç rənginin açılmasına imkan yaradacaq. Odur ki, saç rəngini açmaq üçün əlavə prosedurlara ehtiyac qalmaz. Ancaq bu vəziyyət də bütün qadınlar üçün keçərli deyil. Bəzi qadınlarda qeyd etdiyimiz hallar baş vermir.
Xüsusilə saç diblərində ağ dənlər olan qadınlar menstruasiya dövrlərində saç boyalarından istifadə etməli deyil. Əks halda, boya bir işə yaramaz və saç diblərində istəmədiyiniz qızartılar meydana gələr. Rəng tutsa belə, bir-iki yumadan sonra çıxma ehtimalı var