sehiyye.info

Azərbaycan Tibb Universitetində Çin tibbinə dair kurs keçirilir

Azərbaycan Tibb Universitetində Çin tibbinə dair kurs keçirilir
Çinin Gansu Universitetinin mütəxəssisləri Azərbaycan Tibb Universitetində (ATU) Çin Milli Tibbinin tətbiqinə dair kurs keçirlər.

Sehiyye.info xəbər verir ki,ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs çərçivəsində Gansu Universitetinin nümayəndə heyəti üzvləri universitetin rektoru professor Gəray Gəraybəyli ilə görüşüblər. Görüşdə Gansu Universitetinin Çin Tibbinin baş həkimi Yao Xiaoqiang, həmin universitetin professoru Qin Xiao, Elm və Texnologiya üzrə Alyansın baş katibinin müavini Li Renying iştirak ediblər.

Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkürünü bildirən rektor, həmin kursun ATU və Gansu Universiteti arasında əlaqələrin uğurlu başlanğıcı və sonrakı inkişafına xidmət edəcəyini deyib: “Hər iki universitetin rəhbərliyi qarşılıqlı əməkdaşlığa, ortaq layihələrə həvəslidir. İnanıram ki, münasibətlərin yalnız kursların keçirilməsi ilə məhdudlaşmayacaq, gələcəkdə həkim, müəllim və tələbə mübadiləsi, birgə elmi işlərin aparılması ilə bağlı da fəaliyyətimiz olacaq”.

Gansu Universitetinin Çin Tibbi bölməsinin baş həkimi Yao Xiaoqiang ATU-da kursların təşkilindən razılığını bildirib: “Üçüncü həftədir ki, Tibb Universitetində kurs keçiririk. Burda yaradılan şərait olduqca gözəldir, həkimləriniz yeni bilikləri qəbul etməyə çox həvəslidirlər. Biz ənənəvi Çin masajı, iynə terapiyası və müxtəlif mövzularda kurs keçiririk. Azərbaycanlı fizioterapevtlər, həkimlər ənənəvi Çin təbabəti ilə çox maraqlanırlar. Ümid edirəm ki, gələcəkdə digər mövzular üzrə də tədbirlər təşkil edə biləcəyik”.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev və terapevtik və pediatrik prapedevtika kafedrasının professoru Rafiq Təhməzov də iştirak ediblər.



REKLAM