sehiyye.info

ATU-da ÜST nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

ATU-da ÜST nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
Azərbaycan Tibb Universitetində Ümumdünya Səhiyyə Təşkilatının və Türkiyə universitetlərinin nümayəndə heyəti ilə görüş olub. Görüşdə ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqlara universitetin tədris proqramındakı yeniliklər və nəzərdə tutulan islahatlar barədə ətraflı məlumat verib.



Professor G.Gəraybəyli Azərbaycanda ikili diplomların alınması üçün işlər görüldüyünü, bu baxımdan ATU tələbələrinin də yaranacaq imkanlardan yararlana biləcəklərini bildirdi. Rektor Türkiyəyə tələbə göndərilməsi ilə yanaşı, oradan müəllimləri ATU-da dərs keçməsinə önəm verildiyini vurğuladı.



Rektor G.Gəraybəyli gələcəkdə Türkiyə tibb universitetlərinin ATU nəzdində filialı yarana biləcəyini də istisna etmədi.



ATU ilə tanışlığından məmnun olduğunu bildirən Ege Universitetinin tibb fakültəsinin Professor İbrahim Durak son illər Türkiyədə tibb təhsili standartlarının dünya standartlarına uyğun olması ilə bağlı hesabat hazırladığını bildirdi. Onun sözlərinə görə, bu sənəd ATU üçün də yararlı ola bilər. Professor İbrahim Durak Azərbaycan tibb təhsili sahəsində yerli potensialının gücləndirilməsinin vacib olduğunu, bu sahəni inkişaf etdirmək üçün uzun məqsədli prioritetlərdən olsa da, heç bir təhsili sağlıq sistemindən kənarda düşünmək olmaz.



Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin rəhbəri Dr. Hande Harmancı ATU-nun Hacettepe Universiteti ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.



Onun sözlərinə görə, iki universitet arasında tədris proqramlarının uyğunluğu araşdırılıb. Hacettepe Universitetində tətbiq olunan modellərdən birinin Azərbacyanda tətbiqi, həmçinin təcrübə mübadiləsinin aparılmasına aid razılaşma əldə olunub. H.Harmancı bu istiqamətdə ATU-ya dəstək verilməsinin vacib olduğunu və işlərin davam etdiriləcəyini bildirib.



Görüşdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, ATU-nun tədris hisəsinin müdiri Samir Cavadov iştirak ediblər. Qonaqlar ATU tələbələri ilə də görüşüblər. Bu gün ÜST nümayəndə heyəti üzvlərinin ATU-nun Klinikaları ilə tanışlığı da nəzərdə tutulub.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
ATU-da ÜST nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
ATU-da ÜST nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
ATU-da ÜST nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)



REKLAM