sehiyye.info

Bakıda it dişləməsindən ölən dörd yaşlı uşaqla bağlı - TƏFƏRRÜAT

Bakıda it dişləməsindən ölən dörd yaşlı uşaqla bağlı - TƏFƏRRÜAT
Bakıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu.Az xəbər verir ki, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi sentyabrın 15-də Masallıda it dişləyib.

Məlumata görə, azyaşlı Masallı Rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona dörd dəfə peyvənd vurulub.



Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da ölüb.

Fakt araşdırılır.



REKLAM