Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO
Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
Sehiyye.info bildirir ki,Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.
Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1 saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.