sehiyye.info

Milli Məclisin komitəsində onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub

Milli Məclisin komitəsində onkoloji xəstələrin müalicəsi üçün ayrılan vəsaitin artırılması təklif olunub
“2019-cu ildə onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb. Hökumətə müraciət edək ki, onkoloji xəstələrlə bağlı ayrılan maliyyə vəsaiti artırılsın”.

Arasdırma.infonun məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədr müavini Musa Quliyev bildirib.

M. Quliyev deyib ki, xəstələrin sayı ilbəil artır: “Müasir dərman vasitələri çox bahadır. Buna görə də dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına ehtiyac var”.APA.az



REKLAM