Ermənistanda onkoloji əməliyyatlar pulsuz olacaq..
Populizm, yoxsa tərəqqi?
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,Ermənistanın səhiyyə naziri Arsen Torosyan bu il elan edib ki, Ermənistan vətəndaşları onkoloji əməliyyatlara görə artıq cibdən pul ödəməyəcəklər: Dövlət bu xərcləri öz üzərinə götürəcəkdir.
“Əvvəllər dövlət əməliyyat üçün ödəməli olduğu məbləğin cüzi hissəsini ödəyirdi. Bu ödəmə metodunu tətbiq etməklə bədxassəli şişlərin cərrahi müalicəsi üçün ödənişin artırılması qərara alındı.
Bundan sonra vətəndaşlar dövlət sifarişləri əsasında işləyən tibb müəssisələrində onkoloji əməliyyatlar üçün pul ödəməli olmayacaqlar "dedi.
Nazir əlavə edib:
-"Bu il xərçəng xidmətləri üçün təxminən 700 milyon dram (təqribən 1.4 milyon dollar) pul ayrılıb və bu 700 milyonu nəyə xərcləyəcəyimizə qərar verməliyik. Müzakirələr nəticəsində vətəndaşların yükünü yüngülləşdirməyə çalışmalı olduğumuz qənaətinə gəldik. "
Torosyan deyir ki, əvvəllər dövlət yalnız az sayda onkoloji əməliyyatlar üçün pul ödəmişdi, buna görə də bu sistemi "dövlət tərəfindən təmin edilmiş tibbi xidmət" adlandırmaq olmurdu.
Xatırladırıq ki,Ermənistanda hər il 5.6 min nəfər onkoloji xəstəlikdən dünyasını dəyişir.8.5 min nəfər isə qeydiyyata düşür.