Şəkərli diabet xəstələrinin dərman vasitələri və avadanlıqlarla təminatı gələcəkdə icbari tibbi sığortaya daxil ediləcək
“Şəkərli diabet xəstələrinin sayı ilbəil artır, onlar üçün dərman vasitələri və avadanlıqlarla bağlı çatışmazlıqlar yaranır” .
Sehiyye.infonun məlumatına görə, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitənin sədri Əhliman Əmiraslanov bildirib.
Ə. Əmiraslanov deyib ki, bu kimi xəstəliklərlə bağlı dövlət proqramları var: “Bu dövlət proqramları da gələcəkdə icbari tibbi sığortanın tərkibinə veriləcək”.