Qarın və ombadakı artıq piyləri qısa zamanda əritməyin ən effektiv üsulu
Yayın ən sevilən və ən çox tələbat olan tərəvəzlərindən biri, şübhəsiz ki, pomidordur.
Sehiyye.info xəbər verir ki, mövsümü keçsə belə, pomidor sağlamlıq mütəxəssisləri tərəfindən yeyilməsi vacib tərəvəzləri arasında göstərilir.
Xüsusilə də artıq çəkidən əziyyət çəkən və ya bir neçə kilo itirərək ideal bədən quruluşuna sahib olmaq arzusunda olanlar üçün pomidor ən effektiv vasitə kimi göstərilir.
Təkbaşına içiləndə belə müxtəlif bölgələrdə yığılmış yağların əriməsinə kömək edən pomidor suyu isə möcüzə kimi qəbul edilir. Qarın və ombada yaranan, xoş görüntü yaratmayan artıq yağları əziyyətsiz və daha çox əmək sərf etmədən əritmək üçün pomidor suyundan istifadə edin.Pomidor suyu pəhrizi necə tətbiq olunur?
Pomidora allergiyası və mədədə problemi olmayan insanların rahatlıqla istifadə edəcəyi bu pəhriz növünü 30 gün tətbiq etmək lazımdır. Hər gün bir stəkan sıxılmış pomidor suyu günortadan sonra içilməlidir.1 ay keçdikdən sonra 1 həftə ara verib, daha sonra yenidən pəhrizə başlaya bilərsiniz. Enerji dəyəri aşağı olan pomidor suyu orqanizmin ehtiyacı olan su tələnatını qarşılayacaq, turşuluğu sayəsində aclıq hissini öldürəcək.
Daha effektiv nəticə əldə etmək üçün:
-Günə bir fincan limonlu su ilə başlayın.
-Kələm-limon-cəfəri suyundan qarışıq hazırlayıb için.
-Un, duz və şəkərdən uzaq durun.