Pomidor şirəsinin xeyirləri.
Bilirsinizmi ki, bir stəkan pomidor şirəsi içmək sağlamlığınıza necə müsbət təsir göstərir? Bu içəcək ilə bədəninizə çox sayda vitamin və mineral maddələr daxil olar. Sizə enerji və sevinc verər. (Tebyan saytına istinadən)
Pomidorun tərkibində güclü anti-oksidantlar vardır ki, arıqlamaq istəyənlərə çox tövsiyə edilir. Pomidor bədənin yorulmasına, ağırlaşmasına səbəb olan zəhərli maddələri dəf edə bilir. Bu maye bədənin maddələr mübadiləsini gücləndirər.
Əgər gününüzə pomidor şirəsi ilə başlasanız, çox enerjili və sevincli olarsınız. Lakin bu şirə ilə yanaşı, səhər yeməyini də yemək lazımdır. Bu zaman bədəniniz toksinlərdən təmizlənə bilər.
Qəbizlik sadə bir xəstəlik deyildir. Əgər müalicə olunmazsa, sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Səhər yeməyində pomidor şirəsi içmək bağırsaqlarınızı təhrik edər və qəbizliklə mübarizə aparar.
Bunu bilin ki, pomidor ürək sağlamlığı üçün mühüm tərəvəzlərdəndir. Çünki qandakı xolesterini azaldar və qan dövranını yaxşılaşdırar. Bundan başqa, pomidor şirəsi diabet xəstələri üçün fövqaladə bir içəcəkdir. Qandakı şəkəri kontrol edər.
Gün ərzində bir stəkan pomidor şirəsi içmək gözəlliyinizə qulluq edər. Tərkibində likopin olduğu üçün dərinizi gözəl edər. Dəridə olan bərklikləri aradan qaldırar. Unutmayın ki, dəri gərək daxildən qidalandırılsın ki, zahiri də gözəl olsun. Zahirdə də dəriyə qulluq etmək lazımlıdır.
Artrit xəstəliyindən əziyyət çəkənlər üçün də pomidor şirəsi çox faydalıdır. Bu şirə immun sistemini gücləndirdiyi üçün bir çox xəstəliklərin qarşısını ala bilir. Nəticədə bədəniniz bir çox mikroblar, o cümlədən artrit xəstəliyi qarşısında güclü olar.
Tövsiyə edirik ki, orqanik pomidordan özünüz şirə çəkəsiniz.
/Deyerler.org/