sehiyye.info

Pomidor haqqında bilməli olduğumuz 10 məlumat..

Pomidor haqqında bilməli olduğumuz 10 məlumat..
1.Bu tərəvəzin qiymətliliyi onun az kaloriliyindədir.Belə ki,hər 100 qramında 22 kk enerjisi var.buna görə də bədən formanıza mənfi təsir etməsindən qorxmayın.Yalnız qırmızı rəngli meyvə və tərəvəzlərə qarşı alergiyasz olduğu halda onun qəbul edilməsi dayandırıla bilər.
2.Pomidor kosmetik vasitə kimi də köməyə gəlir.Belə ki,bu tərəvəz dərini cavanlaşmasında mühüm rol oynayır.
3.Pomidor A,B,B2 B6,C,E,K,PP,beta keratin kim vitaminlərlə yanaşı,kalium,kalsium,sink,fosfor,maqnezium və dəmirlə zəngindir.
4.İsti emal olunduqda belə,pomidor faydalı xüsusiyyətlərini itirmir,yəni pomidoru tomat,ketçup,konserv halında da rahat-rahat yeyə bilərsiniz.
5.Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir.O,həm də beynin işini yaxşılaşdırır.Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq.pomidor yemək kifayətdir.
6.Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir,ürəyin işini yaxşılaşdırır. 1 st. pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar.
7.Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır.
8.Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur.
9.Bu tərəvəz göz üçün də çox faydalıdır.
10.Kimyəvi tərkibinə görə aspirinni xatırladan pomidor tromb əmələgəlməsinin qarşısını 72%alır,ürək-damar sisteminin işinə müsbət təsir göstərir.



REKLAM