sehiyye.info

Günə 25 siqar çəkən, həkimindən öz ölümünü istəyən məşhur psixoloqun həyat hekayəsi

Günə 25 siqar çəkən, həkimindən öz ölümünü istəyən məşhur psixoloqun həyat hekayəsi
Psixanalizin qurucusu böyük psixoloq Ziqmund Freydin həyatı eniş-yoxuşlarla doludur.
Savaşların, yoxsulluğun, ölümlərin heç zaman bitmədiyi bu yolda Freydi məşhur psixoloq edən iki şey var idi.

Ağılı və müvəffəq olma ehtirası …

Ziqmund Freydin yaşadığı həyat haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

Ziqmund Freyd 1856-cı ilin may ayının 6-da Avstriya-Macarıstan imperiyası dönəmində Priborda dünyaya göz açıb. Ziqmund Freydin özündən təxminən 20 yaş böyük iki qardaşı var idi. Özündən kiçik isə əlavə 7 qardaş-bacısı olub. Ailə maddi durumuna görə Vyanaya köçmək məcburiyyətində qalanda Ziqmund 4 yaşında idi. Ailənin 6-cı övladı olan Freyd təhsil aldığı liseydə fransız, ispan, ingilis və italyan dillərini mükəmməl şəkildə öyrəndi. Ailəsi onun uşaq yaşlarından bacarıqlı biri olacağını düşünürdü. Buna görə də evdə yalnız tək otağı olan uşaq Ziqmund idi. O, məşhur alman şairi Yohann Volfqanq fon Götenin əsərlərindən ilhamlanaraq tibb fakültəsinə qəbul olmaq qərarını vermişdi.

Yəhudi bir ailənin uşağı olan Ziqmund Freyd Vyanada incidilirdi. Çünki həmin dönəmlərdə Vyanada qəribə bir yəhudi düşmənliyi vardı. Ziqmund Freyd təhsil aldığı universitetdə və cəmiyyət arasında bu düşmənlik ucbatından çox əziyyət çəkdi.

Ziqmund Freyd 1881-ci ildə təhsilini başa vurdu. Daha sonra o, beyin anatomiyası və nevrologiya sahəsində məşhur həkim olan Teodor Meynertin klinikasında assistent işləməyə başladı. Onun bacarıqlı olmaq və pul qazanmaq ilə bağlı tərəddüdləri var idi. Ziqmund Freyd kokain ilə bağlı araşdırmaların ona zərər vura biləcəyini lap əvvəldə anlamamışdı. Hətta o məktublarında və iş fəaliyyətində kokainin rahatladıcı təsirindən danışır və güclü anestezi olduğunu deyib tərifləyirdi. Həmin dönəmlərdə o özü də kokaindən istifadə etməyə başlamışdı.

Ziqmund Freyd Marta Bernays ilə gənc yaşlarında tanış olub. Maddi sıxıntılara görə bir müddət ayrı qalan sevgililər 1882-ci ilə qədər nişanlı qalmışdılar. Ziqmund Freyd 4 il nişanlı qaldıqları müddət ərzində sevgilisinə 900-dən çox məktub yollamışdı.

Ziqmund Freyd 1886-cı ildə sevgilisi ilə evləndi. Elə həmin il o öz yeni klinikasını da açdı.

Ziqmund Freyd evləndikdən bir müddət sonra məşhur nevroloq Jan-Martin Şarkotun yanına, Parisə yola düşdü. Şarkot həmin dönəmin çözülə bilməyən xəstəliyi olan “Hister” üzərində araşdırmalar aparırıdı. Xüsusilə bu xəstəliyin hipnozla müalicə üsulu Freydin diqqətini çəkmişdi. Burada topladığı təcrübələr Ziqmund Freydin gələcəkdə böyük kəşflərə imza atmasına səbəb olub.

1896-cı ildə atasını itirən Ziqmund Freyd dərindən sarsılmışdı. Depressiyaya düşən Freyd öz-özünü analiz etməyə başlamışdı. Bu dönəm Freyd üçün həm yalnızlıq, həm də iş təcrübəsi idi. O xəstələrinin üzərində apardığı araşdırmalarını da toparlayaraq kitablar yazmağa başladı. Ziqmund Freyd 1897-ci ildə “Oedipus kompleksi”,1900-cu ildə “Röyaların şərhi”,1901-ci ildə isə “Gündəlik həyatın psixopatologiyası” adlı kitablarını nəşr etdirib.

Freydin ən başlıca hədəfi psixanalizi dünyaya yaya bilmək idi. Ən böyük qorxusu isə bu psixanalizin bir yəhudi elmi olaraq qəbul edilməsindən yana idi. Onun qorxuları gerçək oldu. Yəhudilərdən başqa heç kim ona etimad göstərmirdi. Freyd ətrafındakı bu kiçik cəmiyyət üçün bir dərnək də qurdu. Adamlar hər çərşənbə günü burada Freydin müayinəsindən keçmək üçün toplanırdılar.

Freydin dərnəyinə ilk dəfə 1907-ci ildə yəhudi olmayan biri üzv olmuşdu. Bundan sonra onun işləri daha geniş yayılmağa, cəmiyyətdə qəbu edilməyə başlamışdı.

I dünya müharibəsində 3 oğlunu da savaşa göndərən Freyd ölüm ilə savaş haqqında düşünməyə başladı. O, insan psixologiyasının ən qaranlıq tərəfi olduğunu düşündüyü bu mövzu haqqında müharibədən sonra konfrans keçirərək ətraflı danışıb.

1-ci dünya müharibəsi Freyd ailəsini maddi və mənəvi olaraq zərərə uğratmışdı. 1919-cu ildə Freydin qızı normal qidalana bilmədiyi üçün həyatını itirmişdi.

Ziqmund Freydin tütün asılılığı var idi. O, gün ərzində 20-25 ədəd siqar çəkirdi. O çəkdiyi bu siqarların ucbatından 1923-cü ildə xərçəng xəstəliyinə yaxalanmışdı. Hətta o, ölüm yatağında belə bu vərdişindən vaz keçməyib. 16 il ərzində 33 əməliyyat keçirən Freyd bu dönəmdə gördüyü işi axsatmadı.

Vyanadan qaçıb Londona köçən Freyd xəstəliyi ucbatından ağır əziyyət çəkirdi. Freyd həkimindən yüksək dozada morfin və evtanaziya tələb etdi. Qızı Annanın da razılığı ilə həkimin yüksək miqdarda morfin verməsi səbəbindən Ziqmund Freyd 23 sentyabr 1939-cu ildə həyatını itirdi.

Hazırda Vyanada və Londonda Ziqmund Freydə aid muzeylər mövcuddur. Burada onun məktubları, şəxsi əşyaları və sair eksponatlar sərgilənir. (Musavat.com)



REKLAM