sehiyye.info

Sağlamlıq və həkimlik haqqında qiymətli fikirlər.

Sağlamlıq və həkimlik haqqında qiymətli fikirlər.
Həzrət Əli (r.a):
İki şeyin əldən getmədən qiymətini dəyərləndirmək çətindir: biri sağlamlıq, biri də gənclikdir.
*****
A.F.Bilibin, akademik, infeksiyaçı alim:
- Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir.Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır.
- Maşın tez, dəqiq işləyə bilər, lakin maşından müdriklik gözləmək olmaz, bu keyfiyyətlər yalnız insana məxsusdur.
*****
K.İ.Skryabin, akademik, bioloq:
-İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir.
Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir.Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
*****
A.P.Çexov, yazıçı-həkim:
- Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
*****
V.V.Veraseyev, yazıçı, tərcüməçi, ədəbiyyatşünas:
- Xəstə ilə münasibətdə həmişə ona qarşı həssas olun və düşüncəli rəftar edin. Çünki heç bir texnika həkimin ağlını və ürəyini əvəz edə bilməz.
*****
V.Preobrajenskiy:
- Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmazdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir.
*****
Hippokrat, təbabətin ən məşhurlarından biri, yunan həkimi:
- Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost olmalıdır. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.
*****
K.A.Kapisa:
-Tələbələri olmaq və gənclərlə işləmək – bu, alimə cavanlığını saxlamaq və elmi tərəqqidən geri qalmamaq üçün ən düzgün seçimdir.
*****
L.N.Tolstoy, rus yazıçısı:
- Dahilərin əməyi xəlbirlənmiş, yuyulub təmizlənmiş, çox çətinliklə əldə edilmiş qızıla bərabərdir.
*****
Zalmanov, tibb elmləri doktoru:
Mənə mənim haqqında mənimlə düşünüb-danışan həkim daha yaxşıdır.
Həyatının arzu edilməyən məqamlarında ruhi sakitliyini saxlamaq üçün və ya nail olduğu hər müvəffəqiyyətdə xəyala qapılmamaq üçün həkimlik sənətində həvəs və istedad lazımdır.
*****
S.İ.Botkin, akademik:
- Həkimin əxlaqi mədəniyyəti, təcrübəsi ona ruhi sakitliyini saxlamaqda kömək edəcək. Bu da ona yaxınları və Vətən qarşısında müqəddəs borcunu həyata keçirməyə imkan verəcək. Məhz bu, həyatda həkimin qazandığı əsl xoşbəxtliyə səbəb olacaq.
*****
Q.Speranski:
-Pediatr əlləri xaricdən kobud görünə bilər. Lakin onlarda elə bir daxili incəlik vardır ki, uşaqlara əzab verəcək hər bir şeyin qabağını almağa qadirdir.
*****
S.Kolomin:
- Əsl həkimin işığı başqasının üstünə düşmürsə, özünü sönməsi yaxşıdır.
- Həkim nə qədər kamil və təcrübəlidirsə, gigiyenanın qüdrətini və dərman terapiyasının nisbi zəifliyini daha çox başa düşür.
Həkim xəstəni müalicə edərkən ona heç bir texnikanın malik olmadığı müdriklik lazımdır.
*****
Kəlam:
- Müdriklik insanın malik olduğu üstünlüklərdən biridir.
*****
N.Piraqov, cərrah-alim:
- Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlardır.
*****
Pol Uayt:
-Təcrübəli həkim 3 əsas keyfiyyətə malik olmalııdr:
1.İnsanlığa məhəbbətə
2.Elmi biliyə
3.Müəmmalı sirlərin açılmasına göstərilən marağa
*****
Beqanskiy:
- Yaxşı insan olmayan kəs yaxşı həkim ola bilməz.
*****
Benjamin Dizraeli:
-Gücün və xoşbəxtliyin əsas sağlamlıqdır.
*****
Conatan Svift:
-Dünyanın ən yaxşı həkimləri: pəhriz, səbir və sevincdir.
*****
Nataniel Qatorn:
- Bədənimizdə üzə çıxan bəzi xəstəliklər qəlblərimizdə saxlanan xəstəliklərin kiçik hissələridir.
*****
Ziqmund Freyd:
- Sevən və əməklə məşğul olan insan sağlamdır.
*****
Ştefan Zveiq:
- Həqiqi həkim hər bir xəstə ilə ölüb-diriləndir.
*****
Höte:
-İnsanlar öncə pul qazanmaq üçün sağlamlıqlarını sərf edirlər, sonra da sağlamlıqlarını qorumaq üçün pullarını xərcləyirlər.



REKLAM