sehiyye.info

Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər...

Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər...
Son zamanlar tez-tez müşahidə etdiyimiz nüanslardan biri də həkimlərin yanlış diaqnozları səbəbi ilə həyatını itirən insanların sayındakı artımla bağlıdır. Bu tendensiya getdikcə insanların həkimlərə olan inamsızlığını artırır.



Bəs Azərbaycanda həkim-xəstə münasibətlərində problemlər var? Həkim səhlənkarlığı sağlamlığa zərər vurarsa, həkimi hansı hüquqi məsuliyyət gözləyir?



Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı Modern.az-a açıqlamalar verib:

“Hazırda günümüzün ən aktual mövzularından biri məhz həkim səhlənkarlıqlarıdır. Bunun əsas səbəbi kimi həkim-xəstə münasibətlərinin düzgün qurulmamasını göstərə bilərik. Həkimlər öz potensial gücü səviyyəsində xəstə qəbul etməlidirlər. Ümumiyyətlə Azərbaycan Səhiyyəsi tarixində çatışmayan cəhətlərdən ən birincisi həkim deontologiyasıdır. Həkim çox güclü mütəxəssis ola bilər, amma xəstə ilə düzgün dialoq qura bilmir, onun “dərd”ni başa düşə bilmirsə, pasientə qoyulan diaqnoz yanlış olacaq”.



Tanınmış hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə bildirir ki, istənilən ölüm hadisəsi ilə bağlı həkim arayışı olmalıdır.

“Daha sonra isə ölüm şəhadətnaməsi yazılmalıdır. Əgər mübahisəli məsələ varsa hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. Daha sonra məsələ araşdırılır və aydınlaşır ki, burada həkim səhlənkarlığı və ya ehtiyatsızlığı varmı? Əgər doğurdan da həkim səhlənkarlığı varsa bu zaman müvafiq istintaq orqanları tərəfindən həkimə qarşı cinayət işi qaldırılır”.



REKLAM