Səhiyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı aksiya keçirir
Səhiyyə Nazirliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bakı şəhərində və respublikanın cəbhə bölgələrində yerləşən rayonlarda uşaqları yüksəkixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirir.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən xəbərə görə, müayinələr nazirliyin 24 may tarixli sərəncamı ilə keçirilir.
Sərəncama əsasən, Bakı Baş Səhiyyə İdarəsi Psixonevroloji Uşaq Evi, 5 nömrəli Uşaq Somatik Sanatoriyası və 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında, Respublika Endokrinoloji Mərkəzi dispanser qeydiyyatda olan şəkərli diabetli uşaqlar arasında, akad. K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Ağdam və Tərtər rayonlarında, Respublika Uşaq Klinik Xəstəxanası Füzuli rayonunda, akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və “Azərbaycan Pediatriya Assosiasiyası” isə Ağdam rayonu 4 yol qəsəbəsində müayinələr aparacaqlar.
ONA