sehiyye.info

Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək

Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək.

Azərbaycan Dəmir Yolları QSC-dən Unikal.org-a verilən məlumata görə, gənc nəslin sağlam böyüməsi vacib şərtdir və respublikamızda keçirilən bu kimi tədbirlər səhiyyə işçiləri tərəfindən atılan humanist bir addım kimi dəyəriləndirilir.

Bakı dəmir yolu xəstəxanasında keçiriləcək aksiya uşaqlara əsl bayram hədiyyəsi olacaq.

Qeyd edək ki, xəstəxana dəfələrlə bu kimi tədbirlərə imza atıb. Bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.

Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.



REKLAM