sehiyye.info

“İlk tibbi yardım” layihəsi

 “İlk tibbi yardım” layihəsi
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixdən icrasına başladığı “İlk tibbi yardım” layihəsinin artıq 14 təlimini uğurla geridə qoyub. Layihə çərçivəsində iştirakçılar bir çox vacib tibbi biliklər əldə ediblər ki, bu da əlilliyi olan uşaqların analarının tibbi bacarıqlarını inkişaf etdirməsinə və onların övladlarının sağlamlığına və təhlükəsizliyinə daha effektiv şəkildə dəstək göstərməsinə imkan yaradıb.
Sehiyye.info xəbər verir ki,təlimlər zamanı iştirakçılara insan anatomiyası, endokrin vəzilər, aseptika və antiseptika, qan qrupları, inyeksiyalar kimi mövzular üzrə geniş biliklər verilib. Bununla yanaşı, layihə müddətində aparılan qiymətləndirmə göstərib ki, analar öyrəndikləri biliklər vasitəsilə ailə daxilində sağlamlığa yönəlik riskləri azaltmaq və uşaqlarının təhlükəsizliyini artırmaq sahəsində daha fəal və məlumatlı hərəkət edə biləcəklər.
Layihə iştirakçılarının böyük marağı və fəallığı layihənin uğurlu icrasını təmin edib. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihəni həyata keçirən “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər. Bu təlimlər sayəsində analar fövqəladə vəziyyətlərdə övladlarına təcili yardım göstərmək üçün zəruri biliklərə sahib olacaqlar.
Layihə müddətində 1 qiymətləndirmə aparılıb və keçilmiş mövzulara uyğun olaraq suallar hazırlanaraq iştirakçıların bilikləri yoxlanılıb.
Layihə çərçivəsində növbəti təlimlərin keçirilməsi planlaşdırılır və layihə, əlilliyi olan uşaqların analarının sağlamlıq biliklərini daha da möhkəmləndirməyə davam edəcək.

 “İlk tibbi yardım” layihəsi
 “İlk tibbi yardım” layihəsi
 “İlk tibbi yardım” layihəsi
 “İlk tibbi yardım” layihəsi
 “İlk tibbi yardım” layihəsi
 “İlk tibbi yardım” layihəsi



REKLAM