sehiyye.info

Vərəmdən sağalan şəxs öz təcrübəsini xəstələrlə bölüşdü - Layihə

Vərəmdən sağalan şəxs öz təcrübəsini xəstələrlə bölüşdü - Layihə
Oktyabrın 25-27-də “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında tədbirlər keçirib.
Sehiyye.info xəbər verir ki, tədbirlər ABŞ və Avropa ölkələrində müxtəlif həssas qrupun nümayəndələri üçün təşkil edilən danışıq klubu formatında təşkil edilib.
Tədbirlər zamanı vərəm xəstəsi olub sağalmış və uğurlu müalicə tarixçəsi olan moderator Kənan Bayramov motivasiya üçün xəstələrlə öz təcrübəsini paylaşıb, onlarda müalicənin müsbət nəticələnə biləcəyinə ümid yaradıb. Eyni zamanda pasiyentlərə psixoloji dəstək göstərilib.
Sonda xəstəxanadakı maddi durumu ağır olan vərəm xəstələrinə zəruri təmizlik vasitələrindən ibarət paketlər paylanılıb.//bakupost



REKLAM